BURADA REKLAMINIZ OLA
BİLƏR

Fikrət Sadıqov: “Qərb dövlətləri Rusiyanı zəiflətmək üçün əllərindən gələni edirlər”

“Rusiya-Ukrayna müharibəsi gözlənilən idi, çünki iki dövlət arasındakı münasibətlər pik həddə çatmışdı. Yəni, münasibətlərin hərbi əməliyyatlar səviyyəsinə keçid etməsi təəccüblü deyil. Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi onsuz da bəllidir. Azərbaycan Ukrayna xalqının belə vəziyyətə düşməsinə təəssüf edir və məsələnin hərbi yolla həlli insan tələfatına səbəb olacağı üçün kədərlənir. Münaqişəni həll etmək üçün tərəflər masa arxasında əyləşməli və beynəlxalq hüquq norma və prinsiplər əsasında diplomatik həllər tapılmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

 

O bildirib ki, Rusiya və Ukrayna münaqişəsi dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir: “Fikrimcə, münaqişə yalnız danışıqlar yolu ilə həllini tapa bilər. Bu vəziyyətdə ən əlverişli, müsbət nəticəyə səbəb olacaq yeganə vasitə budur. Əlbəttə ki, vəziyyət çox mürəkkəb və gərgindir. Əgər belə vəziyyətdə, Rusiya ilə Ukraynanı müqayisə etsək, Rusiya qoşunlarının kifayət qədər güclü olduğu ortadadır. Həmçinin şahidiyik ki, Ukrayna qoşunları da güclü müqavimət göstərir və ölümə gedirlər. Təəssüf ki, şəhidlərin sayı da artır. Ümumilikdə Rusiya-Ukrayna müharibəsi dünyada stabilliyin pozulmasına səbəb olur. Onu da qeyd etmək lazımdır ki, Üçüncü Dünya Müharibəsi baş versə də, onun formatı birinci və ikincidə olduğu kimi ola bilməz, çünki zaman dövlətlərarası münasibətlərdə müəyyən korrektələr edib. Diqqət edin, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu, özlüyündə iqtisadi, ticarət və informasiya müharibəsidir. Təbii ki, sanksiyalar Rusiyanın maliyyə problemlərini artırır, bu, onların rubl məzənnəsi, bank sistemi və iqtisadi stabilliyinə zərbədir. Qərb dövlətləri Rusiyanı zəiflətmək üçün əllərindən gələni edirlər. Yəni, bütün bunlar Üçüncü Dünya Müharibəsinin simtomlarıdır. Nəzərə almaq lazımdır ki, müharibə yalnız meydanlarda, çöllərdə getmir”.

 

Nəzrin Cavid

Tarix: 25 Fevral 2022, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin