BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin düşmənləri ilə yanaşı, dostlarını da çətin vəziyyətə salıb”

“Rusiya prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı dostlarını da çətin vəziyyətə salıb. Pekin Kremlin işğalçı siyastətinə səssiz qalsa da, həyəcan içindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək”.

 

Pravda.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq qeyd edib ki, Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib: “Bu, kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir. Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə, ümidi Çinə qalacaq. Çin tamamən Rusiya qazından asılı vəziyyətə düşmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə, Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi? Bu arada, ABŞ və Böyük Britanıyanın Rusiya banklarına və oliqarxlarına qarşı tətbiq edəcəyi sanksiya qərarı Kreml sahibini düşündürüb. Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır. Putin Ukraynaya müdaxilə planını aylardır hazırlayırdı, bu sırada Kiyevin mühasirəyə alınmasından tutmuş Cernobıl atom elektrik stansiyasının ələ keçirilməcinə qədər bütün bəndlər çoxdan hazırlanıb. Ancaq Putin hərbi müdaxilədən sonra üzləşəcəyi bütün geosiyasi və iqtisadi risqləri hesablamaq iqtidarında deyil. Ona görə də fevralın 24-də Kremldə tələsik yerli biznesmenlər görüş həyata keçirdi. Putin onları hökumətlə təmasda işləməyə dəvət etdi. Bu görüş təsadüfi deyildi. Rusiyanın bank sahibləri və oliqarxları Ukrayna ilə müharibə fonunda böyük maliyyə itkiləriylə üzləşəcəklər. Onların Qərb banklarındakı şəxsi hesabları dondurulacaq, ABŞ və Avropada yaşayan övladlarını çətinliklər gözləyəcək. Bütün bunlar da Putinin Ukraynaya işğalına görə baş verəcək. Deməli, bir müddətdən sonra bank sahibləri və oliqarxlar Putindən hesab tələb edə bilərlər. Putin bunu qabaqlamaq üçün biznesmenlərlə görüşüb onları sakitləşdirməyə çalışıb. Lakin müharibə davam etdikcə siyasi və iqtisadi risklər artacaq və bu gün sakit görünən bank sahiblərinin və oliqarxlarının maliyyə itkiləri böyüyəcək. Bu zaman onlar siyasi proseslərə təsir etməyə çalışacaqlar”.

 

Nəzrin

Tarix: 25 Fevral 2022, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin