BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əvəz Hafizlinin ölkədə sıxışdırılması ilə bağlı iddialar uydurmadır”

“Bu gün dövlət, hətta ən ağır cinayət törədənləri belə əfv edir, onları yeni həyata qaytarmaq istəyir. Ölkədə bloger və jurnalistlərə qarşı göstərilən diqqət və qayğı, onlara müəyyən imtiyazların verilməsi də sübut edir ki, dövlət ölkədə azad mətbuatın inkişaf etdirilməsində maraqlıdır. Heç cür inanmaram ki, hansısa orqan tərəfindən LGBT üzvünə və ya azad sözün nümayəndəsinə qarşı belə təxribata yol verilsin. Uydurmadır!”

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev qətlə yetirilən bloger Əvəz Hafizli barədə danışarkən deyib.

 

Deputat qeyd edib ki, belə hadisələrin siyasi sifariş əsasında həyata keçirildiyi düşünənlər dövlətin imicinə zərbə vurmaq istəyirlər: “Kimsə kiminsə xətrinə dəyirsə, kimisə təhqir edirsə, bunu dövlətin, dövlət məmurlarının adına yazmaq olmaz. Bəzi hallarda isə belə xoşagəlməz hadisələrin günahını deputatlarda görürlər. Müəyən münasibətlər qurulmalıdır, blogerlər, jurnalistlər, cəmiyyətin müxtəlif təbəqələri arasında əlaqələr tənzimlənməlidir. Kimsə kimisə tənqid və ya təhqir etdiyinə görə cəza alırsa, buna siyasi don geyindirmək lazım deyil. Deyirlər ki, filan jurnalist və ya LGBT üzvü siyasi məhbusdur. Əgər doğrudan da, bəzi qrup insanlar təqib edilsəydi, müəyyən təhqirlərə məruz qalsaydılar, onların azadlığı təmin olunmazdı. “Media haqqında” Qanuna əsasən, hər kəs azad jurnalistika ilə məşğul ola bilər. Heç kim azad sözünə görə təqib və təhqir edilə bilməz. Ona görə, Əvəz Hafizlinin ölkədə sıxışdırılması ilə bağlı yayılan iddialar uydurmadır”.

 

Nəzrin Cavid

Tarix: 25 Fevral 2022, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin