BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: "Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olması barədə yalan danışır"

"Ukrayna prezidenti Vladimir Zelenski ölkənin neytral statusunu müzakirə etməyə hazır olduğunu bəyan edərkən yalan danışıb".

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

 

Lavrov bildirib ki, Zelenski Rusiya regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər irəli sürən zaman danışıqlar aparmayıb və fürsəti əldən verib: "Biz təhlükəsizliyin təmin edilməsi üçün istənilən variantları təklif etdik. Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, NATO-nun genişlənməsi qəbuledilməzdir".

 

"Rusiya Ukrayna xalqının müstəqil və ölkə hökumətinin nümayəndəsi olmasında maraqlıdır" - Rusiya XİN başçısı vurğulayıb.

 

Leyla

Tarix: 25 Fevral 2022, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin