BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ola bilər ki, Rusiya Kiyevi tutsun və Zelenskini devirmək barədə düşünsün, amma..." - ŞƏRH

“Bir gündən artıqdır ki, Rusiya Ukraynanı işğal prosesinə start verib. Döyüşün ilk saatlarında, hətta ilk dəqiqələrində Rusiya prezidenti Vladimir Putin bu hərbi əməliyyatın yalnızca Dombass uğrunda olacağını bildirsə də, hadisələrin gedişindən və mediada yayılan video görüntülərdən belə qənaətə gəlmək olar ki, məsələ təkcə Donbass məsələsi deyil.  Yayılan döyüş xəritələrindən də belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynanaya üç istiqamət üzrə hücum planı həyata keçirir. Həm Şimaldan, yəni Belarusdan, Həm Şərqdən, yəni Krım və Qara dənizdən, həm də yəni Rusiya-Ukrayna sərhəddindən və həmçinin Rusiyanın yenicə tanıdığı "Donetsk və Luqansk Xalq Respublikaları"ndan. Verilən son açıqlamalardan belə nəticə əldə etmək olar ki, Ukrayna 2014-cü ildən fərqli olaraq Rusiyaya ciddi müqavimət göstərir. Hətta müəyyən mənada Rusiya ordusuna ciddi zərbələr də endirir”.

 

Pravda.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov məlumat verib.

 

Onun sözlərinə görə, bu gün əksər analitiklər və media orqanları Rusiya qoşunlarının Kiyevə 25 km məsafədə döyüşdükləri ilə bağlı açıqlama verirlər və qeyd olunur ki, yaxın vaxtlarda paytaxt Kiyevin tutulması ilə bağlı açıqlamalara rast gəlmək mümkündür: “Təbii ki, Ukrayna silahlı qüvvələri də Rusiya qüvvələrinə ciddi müqavimət göstərməkdədirlər. Ola bilər ki, Rusiya Ukraynanın paytaxtı Kiyevi tutsun və mövcud hakimiyyəti, yəni Zelenskini devirmək barədə düşünsün. Amma bu, bir o qədər də inandırırıcı səslənmir. Çünki 2008-ci ildə Rusiya qoşunları Gürcüstana hərbi müdaxilə edərkən təqribən paytaxt Tiflisin 30-40 km-liyində yerləşən Qori şəhərinə kimi gəlmişdilər. Abxaziya və Cənubi Osetiyanı ilhaq etsələr də, nə paytaxt Tiflisi tuta bildilər, nə də Saakaşvilini hakimiyyətdən sala bildilər. Ona görə də hesab edirəm ki, Rusiya hər nə qədər sivil yaşayış yerlərini və dinc sakinlər hədəf alsa da, mövcud hakimiyyəti devirməyə nailə ola bilməyəcək”.

 

S.Hümbətov qeyd edib ki, Ukrayna Ordusunda xeyli sayda müasir silah-sursatlar var və hazırda Ukrayna həmin silahlardan və hərbi texnikadan aktiv şəkildə istifadə edir: “Bu silahlar əsasən Böyük Britaniya, ABŞ, Kanada və Türkiyədən alınan və ya yardım kimi verilənlərdir. Bu amil də müharibə üçün digər önəmli detallardandır. Ukraynada müharibə hələ bitməyib və bu ərəfədə elə proseslər baş verə bilər ki, həmin hadisə proseslərin gedişini köklü şəkildə dəyişər. Odur ki, müharibələrin gedişini izləməklə daha doğru nəticələr çıxarmaq mümkündür”.

 

Nəzrin

Tarix: 25 Fevral 2022, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin