BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qərb Ukraynanaya ancaq nəsihət verir” - Ərdoğan

“Hazırda Avropa Birliyi və Qərb Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və son hadisələrlə bağlı ciddi bir qərar qəbul etməyiblər”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

 

Ərdoğan bildirib ki, Qərb və Avropa birliyi Ukraynaya ancaq məsləhət verirlər: “Təbii ki bu nəsihətlərlə bir nəticə əldə etmək mümkün deyil. Hələ də hər hansı konkret bir addım atılmayıb. Bu günkü NATO liderlərinin görüşündə konkret hansı addımların atıla biləcəyini müzakirə edəcəyik. Hesab edirəm ki, bu günkü NATO liderlərinin görüşü daha qərarlı bir nəticə ortaya qoyacaq”.

 

Leyla

Tarix: 25 Fevral 2022, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin