BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan XİN vətəndaşlara müraciət etdi - İrana getməyin

Gürcüsan Xarici İşlər Nazirliyi (XİN)  ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.

Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: “Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”.

Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb.

Tarix: 23 Fevral 2020, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin