BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlibaba Məmmədov vəfat etdi

Azərbaycan xanəndəsi, bəstəkar, Azərbaycan Xalq artisti Əlibaba Məmmədov bu gün vəfat edib.

 

Bu barədə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi məlumat verib.

 

Əlibaba Məmmədov 1930-cu ildə anadan olub. 1953–1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində alıb.

 

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978–1988 illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı ansamblını yaradıb.

 

Xanəndənin böyük məharətlə ifa etdiyi "Rast", "Bayatı Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV-nin Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar xanəndələrin repertuarlarına daxil edilib.

 

Allah rəhmət eləsin!

 

APA

Tarix: 25 Fevral 2022, 23:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin