BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Kərimli: “Dünya birliyi işğalçıları durdurmağı, Ukrayna dövlətçiliyini xilas etməyi bacarmalıdır”

“Necə ola bilər ki, 44 milyonluq bir xalqın azadlıq arzuları işğalçı qonşu tərəfindən qan gölündə boğulsun? Bəs hanı beynəlxalq hüquq? İki dəfə dünya müharibəsindən keçmiş bəşəriyyət bir şey öyrənməyib, təcavüzkar, kobud gücün qarşısında acizdir? Rusiyaya tətbiq olunan sanksiyalardan xəbərim var. Həmin sanksiyların nə zamansa effektli olacağına da əminəm. Rusiya hakimiyyətinin Ukraynada əldə edəcəyi hərbi "uğurların" Pirr qələbəsi olacağını, bumeranq effektilə Rusiyadakı avtoritarizmi vuracağını da bilirəm. Ancaq ona da əminəm ki, beynəlxalq birlik Ukraynanın işğalını, 3-4 milyon insan yaşayan qədim və gözəl Kiyevin  döyüş meydanına çevrilməsini sadəcə seyr etməməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

 

“Dünya birliyi hüquqa, ədalətə yox, gücə inananları, işğalçıları durdurmağı, Ukrayna dövlətçiliyini xilas etməyi bacarmalıdır. Ukrayna xalqı dövlətinə və azadlığına sahib çıxmaq üçün hər şeyi edir. Onun bu şiddətli müqaviməti, hətta Rusiyanı da təəccübləndirir. Ancaq tək ukraynalıların fədakarlığı dünya düzənini qorumaq üçün yetərli deyil. Bu gün sınağa çəkilən təkcə Ukrayna xalqı deyil. Bu gün həm də beynəlxalq birlik sınağa çəkilir” – Ə.Kərimli qeyd edib.

 

Nadir

Tarix: 26 Fevral 2022, 02:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin