BURADA REKLAMINIZ OLA
BİLƏR

“Balacaboy kompleksli Kreml sahibinin ən təhlükəli tərəfi odur ki...”

“Balacaboy kompleksli Kreml sahibinin ən təhlükəli tərəfi odur ki, söylədiyi absurd fikirlərə, mənasız tarixi ekskurslara, öz dediklərinə, dediklərinin həqiqət olduğuna inanır. Bu, dünya üçün böyük təhdid yaradır. Siyasətçilər manevr üçün müəyyən tezisləri müdafiə edəndə onlardan imtina etmələri daha asan olur, inanıb hərəkət edəndə isə fəlakətlər yaşanır. Kreml sahibinin son tezisləri, çağırışları, addımları Rusiyanın gələcəyini sual altına alır. Adam açıq şəkildə başqa ölkədə hərbi çevrilişə çağırır, xunta qurulmasını istəyir, etnik yahudi birini "faşist" olmaqla suçlayır, Ukraynada çevrilişlə hakimiyyətə "nasistlərin" gəldiyini söyləyir və buna inanır. Faciədir!”

 

Pravda.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli bildirib.

 

O ümid edir ki, hələ də Rusiyada, Kremlin "qüllələrində", əsas da hərbi elitada ağlı başında olub məsuliyyəti hiss edənlər var və onlar faciələri önləyə biləcəklər: “Putin 2014-cü ildə Ukraynada "çevriliş" olduğunu söyləyib absurd tezislərini onun üzərinə inşa edirsən, istinad nöqtəsi budursa, anlamalıdır ki, 2014-dən sonra Ukraynada 4 böyük seçki olub, Ukrayna xalqı 2 prezident, 2 parlament seçkilərində səs veriblər: “Prezident, parlamentin tərkibi 80 faiz, hökumətin tərkibi bir neçə dəfə dəyişib. Bəs buna nə sözün var?! Kreml sahibinin "məntiqi" ilə 1917-dən bəri Rusiyanın bütün hakimiyyətləri qeyri-legitimdir, axı çevrilişlə başlayıblar, "Maydan"la hakimiyyətə gəliblər, silahlı üsyan edib hüquqi hakimiyyəti deviriblər. O zaman bu necə olsun?! Qondarma "DXR və LXR"-i tanımaqla Kreml özü üçün quyu qazdığının fərqində deyilmi?! Əgər belə davranış məqbuldursa, tanıyıb qoşun yeritmək olarsa, bir müddət sonra Rusiya və Belarus ərazilərində yeni "respublikalar" yaranarsa, Qərb də onları tanıyıb, müqavilə bağlayıb qoşun yeridərsə, nə olacaq?! Əgər suveren dövlətin ərazisində yaşayanlara pasport paylamaqla müdaxiləyə "legitimlik" yaradırsa, sabah Kalininqradda Almaniya pasportu paylayıb müdaxiləyə əsas yaranmayacaqmı?! Balacaboy kompleksi və boteksli "maço" özü də bilmədən ölkəsini böyük bir bəlanın tam ortasına atdı və atır, amma ən böyük təhlükə odur ki, onun, "mənsiz ("Rusiyasız" deyib, amma onun üçün Rusiya elə özüdür) dünya nəyə lazımdır" tezisi son anda istənilən dəhşətə imza atmasına səbəb ola bilər, dünyanı xaosa sürükləyər”.

 

Nəzrin Cavid

Tarix: 26 Fevral 2022, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin