BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyaya müttəfiqlər deyil, vassallar lazımdır”

“Liberal görüşlüyəm, müxtəlif fikirləri normal qarşılayıram. Ancaq yaxın tarixdə 20 yanvarı, Xocalı soyqırımını görən, il yarım əvvəl şəhərləri İsgəndər raketləri  ilə hədəf götürülən vətən övladlarının “günahkar Ukraynadır”. “Rusiya Ukraynada maraqlarını qoruyur” yazmalarını anlamaqda çətinlik çəkirəm. Rusiyaya müttəfiqlər deyil, vassallar lazımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, ABŞ və digər Qərb dövlətləri Ukraynanı tək buraxdıqlarına görə ən sərt tənqidə layiqdirlər, ancaq məlum lətifədə deyildiyi kimi “oğrunun – Rusiyanın heçmi günahı yoxdur?”: ““Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, “Ukraynanın işğalı yolverilməzdir” ifadələrini işlətməkdə çətinlik çəkənlər başqalarından Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə çətinlik çəkəcəklər”.

 

Leyla

Tarix: 26 Fevral 2022, 14:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin