BURADA REKLAMINIZ OLA
BİLƏR

Çavuşoğludan Lavrova çağırış: "Rusiya Ukraynadakı hərbi əməliyyatı dayandırsın"

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Pravda.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər.

Telefon danışığı zamanı M.Çavuşoğlu Rusiyanı Ukraynadakı hərbi əməliyyatı dayandırmağa çağırıb və qeyd edib ki, bölgədə gərginliyin daha da artması heç kimə fayda verməyəcək.

Türkiyənin XİN rəhbəri bildirib ki, tərəflərin qarşılıqlı istəyi olarsa, Ankara Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.

Tarix: 26 Fevral 2022, 19:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin