“Bildiyiniz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Zelenski atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Əlbəttə, bunlar indiki həssas geosiyasi şəraitdə həddindən artıq mürəkkəb məsələlərdir”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

“Bir neçə gün əvvəl Azərbaycan və Rusiya arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Bu sənəd imzalanan gündən ölkə daxilində ayrı-ayrı qüvvələr Azərbaycan suverenliyinin təhlükəyə atıldığını bəyan edərək bu istiqamətdə yanlış təbliğat aparmağa başladılar. Əvvəlcədən aydın idi ki, onların hədəfləri başqadır, ölkədə çaşqınlıq yaratmaq istəyirlər, mövcud vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi bu iddiaların absurd olduğunu ortaya çıxardı. Azərbaycan və Rusiya müttəfiqdir. Eyni zamanda, Azərbaycan müstəqil dövlətdir, qəbul edilən qərarlara digər ikinci dövlət təsir etmək imkanına malik deyil. Təsadüfi deyil ki, Rusiya və Ukraynanın münaqişə şəraitində yaşadığı bir dövrdə Azərbaycan Prezidenti Ukraynaya müvafiq yardım göstərdi. Bu yardımlar humanitar xarakter daşıyır, bizim müttəfiqimizə qarşı yönəlməyib. Bir daha demək istəyirəm ki, ictimaiyyət arasında fikir qarışıqlığına səbəb olan iddiaların hamısı absurddur. Rusiya və Ukrayna arasında münaqişə başlayandan əvvəl və sonra Qərbdən, böyük güc mərkəzlərindən Rusiyaya müxtəlif təzyiqlərə, təsirlərə, hətta sanksiyalara baxmayaraq ortada ciddi nəticə yox idi. Danışıqlarla bağlı ilkin nüanslar meydana çıxdıqda isə Zelenski hər kəsdən öncə, yəni böyük güc mərkəzlərinin rəhbərlərinə deyil, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməklə ortaya yeni reallıq çıxardı. Bizim üçün yenilik deyil, amma bəziləri üçün yenilik kimi xatırlatma olacaq. Bu onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən yaratdığı yeni reallıqla nəinki Cənubi Qafqazın, bütövlükdə MDB məkanında qərarları ilə hesablaşılan ciddi nüfuza malik dövlətə çevrilib. Cənab İlham Əliyev regionda qərarları ilə hesablaşılan liderdir. Əks halda Zelenski Azərbaycanın adını çəkməzdi. Bu, Prezident İlham Əliyevin hansı səviyyədə qlobal oyunçu olduğunu göstərən amildir. İlk növbədə biz özümüz bunun fərqinə varmalıyıq” – B.Məhərrəmov qeyd edib.
Leyla
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin