BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yatmış fil oyandı, əzib keçəcəklər”

“Bir neçə gün əvvəl yazmışdım ki, Qərb Rusiyaya iqtisadi savaş elan etdi. Güclü sanksiya qərarları var, amma Rusiya Mərkəzi Bankına olan sanksiya daha önəmlidir. Bu, böyük bombadır. Rusiya MB bundan sonra dollar, funt və avroda saxladığı vəsaitlərdən istifadə edə bilməyəcək. 2021-ci ilin ortalarına olan məlumata əsasən (mənbə - RBK) Rusiya MB-nin dollar ehtiyatları rezervlərin 16,4%-ni (96 milyard) təşkil edir. 189 milyard dollar ekvivalentində avro, 38 milyard dollar ekvivalentində isə funt vəsaiti var. Toplam 323 milyard dollar. Rusiya bu vəsaitə artıq sərəncam verə bilməyəcək. (Valyuta ehtiyatlarının ümumi həcmi 469 milyard dollardır. 132 milyard dollarlıq da qızıl ehtiyatı var.) Rubl gələn həftənin birinci günü birjalar açılan kimi çökəcək. Moskva birjası da çökəcək. Putinin avantürist və ağlasığmaz əməlləri Qərbi monolitləşdirdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

“Nəhəng, amorf Qərb mexanizmi hərəkətə gəldi. Yatmış fil oyandı. Əzib keçəcəklər. Və əlbəttə ki, bu fonda Ukraynanın dözüb dirənməsi Putin rejiminin tabutuna çaxılacaq son mismar olacaq” – o qeyd edib.

 

Nadir

Tarix: 27 Fevral 2022, 09:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin