BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukraynaya dəstək Azərbaycan Prezidenti və xalqının sülhsevər olduğunu bir daha sübut edir” - RƏY

“Azərbaycanın Ukraynaya dəstəyinin əhəmiyyəti böyükdür. Bu, Azərbaycan Prezidenti və xalqının sülhsevər olduğunu və digər xalqların taleyinə həssas yanaşdığını bir daha sübut edir. Bilirik ki, 44 günlük Vətən müharibəsində Ukrayna da Azərbaycana olan dəstəyini nümayiş etdirmişdi. Bu gün Ukrayna xalqının humanitar yardım və dəstəyə böyük ehtiyacı var, çünki xeyli sayda ukraynalılar evlərini tərk edirlər. Azərbaycan taleyüklü məsələlərə hər zaman diqqətlidir və beynəlxalq müstəvidə, xarici dövlətlərlə əlaqədə dəstək məsələsinə xüsusi həssaslıqla yanaşır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bu təşəbbüsü Ukrayna Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilib: "Bu, həm də humanitar böhranın aradan qaldırılması, bölgəyə sülh və əmin-amanlığın gətirilməsi üçün Azərbaycanın atdığı növbəti addım və göstərdiyi növbəti təşəbbüsdür. Biz bu gün Ukrayna xalqının yanında olan, ona humanitar yardım göstərən çox az sayda ölkə olduğunun şahidiyik. Məhz Azərbaycan Prezidentinin rəhbərliyi ilə belə bir addım atılması, dəstək siyasəti həyata keçirilməsi vətəndaşlarımız tərəfindən də yüksək qiymətləndirilir. Biz müharibə taleyi, acı günlər yaşamış xalq olaraq müharibənin fəsadlarını, çətinliyindən xəbərdarıq, həmçinin torpaq itkisinin necə ağır olduğunu bilirik. Ona görə də Ukraynın hazırkı durumu bizim hər birimizi üzür və arzulayırıq ki, qardaş Ukrayna xalqı sülhə tezliklə nail olsun. Müharibə xalqlara yalnız faciə və müsibətlər gətirir, xalqların mədəniyyətini təhdid edir. Bu baxımdan, Prezident İlham Əliyevin Ukraynaya yardım təşəbbüsü təqdirəlayiqdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin də bu barədə fikirlərini bölüşməsi, cənab İlham Əliyevə təşəkkür etməsi hər iki xalqın və dövlətin bir-birinə olan hörmət və diqqətinin göstəricisidir".

 

Nəzrin Cavid

Tarix: 27 Fevral 2022, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin