BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərdi

Azərbayan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.

 

Pravda.az-ın xəbərinə görə, tibbi vasitələrin yükləndiyi təyyarə bu gün yola düşüb.

 

Tibbi vasitələrin yardımı ilə bağlı təhvil-təslim aktını Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski və TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov imzalayıblar.

Tarix: 27 Fevral 2022, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin