BURADA REKLAMINIZ OLA
BİLƏR

Odessada atışma zamanı ölən və yaralanan azərbaycanlıların adları məlum oldu

​Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar arasında ölən və yaralananlar olub.

 

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, ilkin məlumata görə, üç nəfər həlak olub, dörd nəfər yaralanıb:

 

"Əldə etdiyimiz məlumata görə, onlar diversant qrupların hücumuna məruz qalıb. Bizdə olan məlumata görə, ölənlər 58 yaşlı İsmayılov Rəhim, onun oğlu 28 yaşlı İsmayılov Qalib, 46 yaşlı İsmayılov Nemətdir. Yaralananlar isə 31 yaşlı Tacir Tağıyev, 28 yaşlı Niyazi Tağıyev, 25 yaşlı Camal Salmanov, 21 yaşlı Süleyman İsmayılovdur".

 

Oxu.az

Tarix: 27 Fevral 2022, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin