BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ukrayna və Rusiya prezidentləri arasında görüş Bakıda təşkil edilə bilər, Ərdoğanın da iştirakı mümkündür”

“Ukrayna və Rusiya prezidentləri arasında görüş Bakıda təşkil edilə bilər. Hətta bu görüşdə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da iştirakı mümkündür. Yəni, Azərbaycan Prezidenti vasitəçilik missiyasını üzərinə götürə bilər ki, bu da beynəlxalq ictimaiyyət üçün vacib əhəmiyyətə malikdir. Hər-halda hadisələrin növbəti gedişi proseslərin hansı istiqamətə getdiyini göstərəcək. Rusiya danışıqlar masasına oturmasa, həm daxilində, həm də beynəlxalq aləmdə çox çətin vəziyyətə düşə bilər. Bu, Kreml administrasiyası üçün arzuolunmaz vəziyyət deməkdir”.

 

Pravda.az xəbər verir ki, bunu politoloq Samir Hümbətova bildirib.

 

O qeyd edib ki, bu gün Rusiyanın Ukraynanı işğala başlamasının 3-cü günüdür və hadisə yerindən yayılan informasiyalar müxtəlifdir: “Qarşıdurmanın tərəfləri qarşı tərəflər haqqında müxtəlif məlumatlar paylaşır. Dəqiq bilinən odur ki, döyüşlər bir qayda olaraq davam etdirilir. Ukrayna tərəfi həqiqətən ciddi müqavimət göstərməkdədir. Müharibədən öncə əksər ekspertlər Rusiyanın Ukraynanı ildırımsürətli işğal planı ilə bir neçə gün, hətta bir neçə saat ərzində işğal etməsi haqda fikirlər yürüdürdülər. Görünən odur ki, Rusiya hətta müharibənin ilk saatlarından belə müqavimətin olacağını gözləmədikləri, amma ciddi müqaviməti gördükləri üçün xəyal qırıqlığına uğradılar. Beynəlxalq birlik Rusiyaya qarşı ciddi sanksiyaların tətbiqinə başlayıb və bununla paralel olaraq Ukraynaya ciddi dəstək verəcəkləri ilə bağlı qərar qəbul ediblər. Ukraynaya bir neçə ölkə humanitar və silahlı yardım göstərməyə artıq başlayıb ki, bunların arasında Türkiyə, Azərbaycan, Polşa və başqa ölkələr də var. Bəzi Qərb ölkələri, o cümlədən, Almaniya, Hollandiya və digər ölkələr də Ukraynaya hərbi yardım göstərməklə bağlı qərar qəbul ediblər. Ukrayna Prezidenti dünən "twitter" hesabından həm Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həm də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana dəstəyə görə təşəkkür edib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan təkcə 5 milyon dəyərində humanitar yardımla kifayətlənməyib. Eyni zamanda SOCAR-ın Ukraynadakı məntəqələrindən Təcili Tibbi Yardım avtomobillərinə və digər humanitar tipli  avtomobillərə pulsuz yanacaqla təmin etməyi öhdəsinə götürüb. Bu isə Azərbaycanın çətin gündə dost Ukraynaya yardım əlini uzatması və humanitar dəstək verməsi deməkdir. Rusiya indi başa düşməyə başlayıb ki, beynəlxalq arenada təklənib, eyni zamanda, ciddi şəkildə həm canlı qüvvə, həm də hərbi texnika itirir. Görünən odur ki, Ukrayna ilə danışıqlar masasına oturmağa çalışır. Bunun üçün Kreml administrasiyası Zelenskiyə Minskdə görüş təklif etsə də, Zelenski qəbul etməyib. Ukrayna prezidenti Zelenski isə Putinə Ankara, Bakı yaxud Varşavada görüşməyi təklif edib. Dünən axşam isə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub və bu telefon danışığı zamanı Ukrayna məsələsi müzakirə edilib”.

 

Nəzrin Cavid

Tarix: 27 Fevral 2022, 13:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin