BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiya və Ukrayna arasında nəzərdə tutulan danışıqlar üçün məkan olaraq Bakının da təklif edilməsi güvən hissi ilə əlaqədardır” - RƏY

“Ukrayna 44 günlük müharibə zamanı Azərbaycanın yanında olduğunu göstərdi. Müharibə XXI əsr üçün  düzgün seçim deyil. İnsan haqlarının bu qədər önəmsənib, qabardıldığı bir dövrdə müharibə ağıla sığan addım deyil. Ukrayna və Rusiya arasında olan bu münaqişədə insanlıq tarixinin utanaraq baxacağı tarixi səhifələrdən biri olacaq. Xüsusilə, mətbuatın verdiyi məlumatlara görə, Ukranyada xeyli sivil insanlar həlak olub. Bu mənə 44 günlük müharibəmiz zamanı Gəncəni, Bərdəni, Tərtəri xatırlatdı. Müharibə heç zaman çıxış yolu deyil. Lakin hazırki mənzərə Ukrayna xalqının köməyə ehtiyacı olduğunu göstərir, Azərbaycan dövləti də öz humanitar yardımını əsirgəmədi”.

 

Bunu Pravda.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

M.Cəfərovun sözlərinə görə, Ukrayna bütün sivil ölkələrə müraciət edib, müdafiə silahları və yardım istəyib: “Qeyd ediblər ki, ölkəni müdafiə etməyə davam edəcəklər. Azərbaycanla yanaşı humanitar yardımla dəstək olan ölkələr oldu. Dövlətimiz hər zaman yardıma ehtiyacı olanın yanında olub, kömək əlini uzadıb. Bunun hansı halda və nə zaman olduğu dövlətin yürütdüyü xarici siyasətdən asılıdır. Azərbaycan pandemiya dövründə də dünya ölkələrinə yardım əlini uzatmışdı. Bu dövr ərzində Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar etdilmişdi. Gürcüstan və Rusiya münaqişəsi zamanı da belə bir təcrübə yaşanıb. Gürcüstan xalqının ən çətin günlərində yenə dövlətimiz öz yardım əlini uzadıb, Gürcüstanı düşdüyü çətin vəziyyətdə tək qoymadı. Gürcüstanın eks- prezidenti Mixail Saakaşvili bunu hər fürsətdə dilə gətirir”.

 

Deputat Volodimir Zelenskinin Rusiya nümayəndələri ilə danışıqlar üçün məkan olaraq Bakını da təklif etməsinə belə münasibət bildirib: “Bildiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında danışıqlar barədə təklif irəli sürüb. Lakin tərəflər hələ tam razılığa gəlməsələr də, müəyyən təkliflər var. Məlumdur ki, Rusiya tərəfi Belarusda danışıqların keçirilməsini istəyir. Lakin Zelenski yekun olaraq danışıqların Varşava, Budapeşt, Bratislava, İstanbul və Bakıda ola biləcəyini bildirib. Bu hər şeydən əvvəl güvən hissi ilə əlaqədardır. Görünən odur ki, Zelenski və ümumiyyətlə Ukrayna xalqı dövlətimizə etibar edir. Bu isə dövlət başçısının uğurlu və uzaqgörən tərəfdaş diplomatiyasından irəli gəlir. Düşünürəm ki, Bakı bu sülhə ev sahibliyi edəcək güc və qüdrətə sahibdir.

 

Kənan

Tarix: 27 Fevral 2022, 14:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin