BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Montrö Konvensiyasının müddəalarını tətbiq edəcək

Türkiyə Montrö Konvensiyasının bütün müddəalarını tətbiq edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

M. Çavuşoğlu Ukraynadakı vəziyyətin "müharibə"yə çevrildiyini qeyd edərək, ölkəsinin Montrö Konvensiyasının bütün müddəalarını şəffaf şəkildə tətbiq edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, Montrö Konvensiyası savaş zamanı Türkiyənin savaşda iştirak edən ölkələrin hərbi gəmiləri üçün boğazları bağlaması hüququnu da ehtiva edir.

Tarix: 27 Fevral 2022, 20:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin