BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyanın 500 hərbçisi öldürülüb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.

Qeyd edilir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar - təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri - 1 ədəd, taktiki səviyyəli silahlar - 60 ədəd, gəmilər, qayıqlar - 2 ədəddir.

Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Federasiyası aviasiya texnikası toplamaqda və xüsusi təyinatlıları aktivləşdirməkdə davam edir.

Report

Tarix: 28 Fevral 2022, 03:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin