BURADA REKLAMINIZ OLA
BİLƏR

Suvarma Sistemləri İdarəsinin əməkdaşının başına metal boru düşdü

Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Goranboy rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.

 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir

Tarix: 28 Fevral 2022, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin