BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zelenskinin bu təklifə qayıtması mümkün görünmür”

“Ukrayna prezidenti Volodimir Zelenski müharibəni ilk gün önləmək üçün müşavirləri vasitəsilə Kremlə belə bir mesaj göndərmişdi: “NATO üzvlüyündən vaz keçib neytral status barədə düşünə bilərik”. Kreml illərdir, elə buna çalışırdı, ancaq artıq düyməyə basılmış və döyüşlər dərinləşmişdi. Zelenskinin indiki şərtlər altında bu təklifə qayıtması hələ ki, mümkün görünmür. Çünki Zelenski hazırda Putin qarşısında mənəvi üstünlüyə malikdir, ordusu və cəmiyyəti işğalçıya müqavimət göstərir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Bəs müharibədən sonra dəyirmi masada yenidən Ukraynanın “neytral statusu” mövzusuna qayıdıla bilərmi? Bu artıq Kiyevdən çox Qərb ölkələrindən asılıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünya düzənini dəyişib, müharibəyə qədər “Ukrayna yaxın müddətdə NATO-nun üzvü ola bilməz” deyənlər fərqli qərar haqqında düşünmək məcburiyyətindədirlər. Sivil dünya Ukraynanın tərəfindədir, Volodimir Zelenskinin hər açıqlaması, hər cümləsi, hər tviti dünyanın gündəm mövzusuna çevrilir. Odur ki, Qərb liderlərinin Zelenskinin “Ukraynanı NATO-ya və Avropa İttifaqına üzv qəbul edin” çağırışına bundan sonra səssiz qalmaları çətinləşəcək” – E.Şahinoğlu qeyd edib.

 

Leyla

Tarix: 28 Fevral 2022, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin