BURADA REKLAMINIZ OLA
BİLƏR

General mayoru məhkəməyə verdi

General-mayor Hilal Nəcəfov sosial şəbəkələrdə onu təhqir edən şəxsi məhkəməyə verib.

 

Generalın barəsində şikayət etdiyi şəxs ordu sıralarından xəstəliyə görə ehtiyata buraxılan mayor Mənsur Məmmədovdur.

 

General məhkəməyə müraciət edərək Mənsur Məmmədovun onun barəsində Feysbuk sosial şəbəkəsində həqiqətə uyğun olmayan, yalan və təhqiredici paylaşımlar etdiyini qeyd edib.

 

Hilal Nəcəfov bildirib ki, Mənsur Məmmədov öz Feysbuk səhifəsindəki paylaşımlarında generalı dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bu səbəbdən də Mənsur Məmmədovun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini istəyib.

 

Generalın şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq.

 

Musavat.com

Tarix: 28 Fevral 2022, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin