BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda fəhlə faciəvi şəkildə ölüb

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

 

Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 27-də paytaxtın Suraxanı rayonu ərazisində Biləsuvar rayon sakini Tərlan Əlizadənin hündürlükdən yıxılaraq xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “North East Construction” MMC-nin Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində inşa etdiyi hündürmərtəbəli binanın tikinti sahəsində fəhlə işləyən Tərlan Əlizadə iş vaxtı hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Tarix: 28 Fevral 2022, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin