BURADA REKLAMINIZ OLA
BİLƏR

Dolaşıq çıxışı ilə gündəmə gələn deputatın şirkətləri - SİYAHI

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlıya məxsus şirkətlərin adları məlum olub.

 

Pravda.az-ın xəbərinə görə, siyahını araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

 

Milli Məclisin keçmiş deputatı Xanhüseyn Kazımlıya aid şirkətlər:

 

1. "HUMAY BROYLER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının oğlu Damir Kazımlıdır.

 

2. "BARAT KƏNDLİ (FERMER) TƏSƏRRÜFATI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2004-cü ilin avqustunda qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi Xanhüseyn Kazımlının qardaşı oğlu, «Muğanbank» ASC-nin İmişli filialının keçmiş müdiri  Dəyanət Kazımovdur.

 

3. "DƏYANƏT GƏLƏCƏYƏ BAXIŞ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2013-cü ilin iyununda qeydiyyatdan keçib. Qanuni təmsilçisi Dəyanət Kazımovdur.

 

4. "AQROFLORA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2011-ci ilin iyulunda qeydiyyatdan keçib.Təsisçisi və qanuni təmsilçisi  keçmiş deputatın  oğlu Samir Kazımovdur.

 

5. "FARUZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - 2001-ci ilin aprelində qeydiyyatdan keçib,  qanuni təmsilçisi keçmiş deputatın qohumu Kazımov Daşqın Barat oğludur.

Fotoları təqdim edirik
Tarix: 23 Fevral 2020, 19:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin