BURADA REKLAMINIZ OLA
BİLƏR

“Danışıqlarda şərtlərini irəli sürən tərəf rəsmi Kiyev olacaq”

“Rusiya Ukraynada məğlub olarsa, Prezident Vladimir Putin növbəti seçkilərdə iştirak etməyəcək.  Nəticədə, Kremlə gələn yeni komanda Qərblə anlaşmaya gedə bilər”.

 

Pravda.az xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

 

Ekspert, həmçinin, qeyd edib ki, Belarusda bu gün baş tutacaq görüşdə Ukrayna və Rusiya danışıqlarının müsbət nəticələnməsi gözlənilmir: “Ümumiyyətlə, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi gözlənilən deyil, çünki NATO və Avropa dövlətləri Ukraynaya müxtəlif növ silahlar və həmin silahları istifadə edəcək peşəkar hərbçilər göndərir. Rusiya üçün gerisayım başlayır. Hər gün Ukraynada itkilər vermək siyasi məğlubiyyətdir. Ukraynanın Belarusda danıçıqlara getməsi Kiyevin güzəşti hesab edilə bilər. Rusiya güzəştə getməsə, ordusunu Ukraynadan çıxarmasa, ağır vəziyyətlə üz-üzə qala bilər. Ukrayna əlini gücləndirərək, Qərbin dəstəyini alaraq danışıqlara gedir. Ona görə də hazırda siyasi-hərbi və psixoloji üstünlük Ukrayna tərəfdədir və danışıqlarda şərtlərini irəli sürən tərəf rəsmi Kiyev olacaq”.

 

Nəzrin Cavid

Tarix: 28 Fevral 2022, 13:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin