BURADA REKLAMINIZ OLA
BİLƏR

İkinci çarter reysinin təyyarəsi bu gün Bakıya enəcək

Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün təşkil olunan ikinci çarter reysinin təyyarəsi bu gün saat 23:10-da Bakıya enəcək.

 

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

 

Ukraynadakı vəziyyətlə əlaqədar ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün iki çarter reysi təşkil edilib.

 

"Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən Rumıniyadan həyata keçirilən çarter reysləri ilə 174 Azərbaycan vətəndaşı ölkəyə qayıdacaq. Vətəndaşların artıq bir qismini birinci reyslə bu gün səhər saatlarında geri dönüblər.

 

Qeyd edək ki, Türkiyənin "Tailwind" aviaşirkəti ilə də daha 168 vətəndaş Bakıya çatdırılacaq.

Tarix: 28 Fevral 2022, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin