BURADA REKLAMINIZ OLA
BİLƏR

"Putinin xaricdə heç bir aktivi yoxdur" - Peskov Rusiya liderinə sanksiyalardan danışdı

"Vladimir Putinin xaricdə heç bir aktivi yoxdur".

 

Pravda.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Vladimir Putin şəxsi sanksiyalara kifayət qədər laqeyddir. Putin hər il bütün əmlakını bəyan edir. Sanksiyalarda bəzi aktivlərlə bağlı kifayət qədər absurd müddəalar var" - Peskov qeyd edib.

 

O hesab edir ki, Putinə qarşı sanksiyaların tətbiqi siyasi nöqteyi-nəzərdən mənasızdır.

 

Qərb liderlərinə qarşı cavab xarakterli sanksiyaların tətbiqinin mümkünlüyündən danışan Peskov Rusiya Federasiyasının ilk növbədə öz milli maraqlarından çıxış edəcəyini vurğulayıb.

 

Leyla

Tarix: 28 Fevral 2022, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin