BURADA REKLAMINIZ OLA
BİLƏR

Tural Abbaslı Volodimir Zelenski ilə bağlı fikirlərinə aydınlıq gətirdi: “Hazırda yanında olmaq lazımdır”

“Son iki gündür ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi kimliyi, onun məşğul olduğu peşə fəaliyyəti barədə dediyim fikirlər tirajlanır, həmin müsahibədən partiya əleyhinə istifadə etməyə çalışırlar. Amma nəzərə almaq lazımdır ki, müsahibə təxminən 1 ay əvvəl baş tutub və həmin vaxt Ukraynada müharibə olacağı ehtimalı yox idi. Hesab edirəm ki, hazırda Ukraynada gərgin müharibə gedir və xalq bizim ümumi düşmənimiz olan Rusiyaya qarşı dirəniş göstərir. Ona görə də bu dirənişdə iştirak edən heç bir siyasi kimliyin müzakirə olunmasının tərəfdarı deyiləm”.

 

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, indi vəziyyətdə müəyyən siyasətçiləri müzakirə etmək həmin dirənişə fayda verməz, əskinə ziyan verər: “Rusiyanın əleyhinə dirəniş göstərən Ukrayna xalqının, dövlətinin, rəsmilərinin, incəsənət xadimlərinin, bir sözlə hər kəsin yanında olmaq lazımdır. Nəinki onları tənqid etmək… İnşallah, müharibə başa çatar, Ukrayna Rusiya üzərində qələbə qazanar. Belə olan halda, biz yenidən bu məsələni müzakirəyə qoya bilərik. Hazırda Zelenskinin əlinə silah alaraq xalqının və dövlətinin müdafiəsinə qalxması təqdirəlayiqdir. O, Ukraynanın müdafiəsinə liderlik edir. Bu məqamda ya xoş söz demək lazımdır, ya da susmaq. Ona görə də bu dövrdə hər kəs Ukraynanın yanında olmalıdır”.

 

Nəzrin Cavid

Tarix: 28 Fevral 2022, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin