BURADA REKLAMINIZ OLA
BİLƏR

Zəhərlənən tələbələrin vəziyyəti ağırdır - SƏHİYYƏ NAZİRLİYİ

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti ağır-stabil qiymətləndirilir.

 

Bu barədə Pravda.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, hadisə nəticəsində universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək ölüb, 1998-ci il təvəllüdlü Quliyeva Dürrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 22 Noyabr 2019, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin