BURADA REKLAMINIZ OLA
BİLƏR

Boris Conson Ukraynaya daha çox hərbi yardım göndərəcəklərini bildirdi

Böyük Britaniyanın Baş naziri Boris Conson bu gün günortadan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Pravda.az-ın xəbərinə görə, Zelenski Baş nazirə Rusiya işğalına qarşı Ukraynanın davamlı müqaviməti barədə məlumat verib.

 

Baş nazir onun və Ukrayna xalqının şücaətini yüksək qiymətləndirib.

 

Liderlər mülki şəxslərə, o cümlədən uşaqlara qarşı həyata keçirilən hava hücumlarını qəti şəkildə pisləyiblər.

 

Baş nazir Prezident Zelenskiyə Böyük Britaniyanın Ukraynaya göndərilən hərbi dəstəyi haqqında məlumat verib. Boris Conson yaxın saatlarda və günlərdə daha çox yardım göndərməyi öhdəsinə götürüb.

Tarix: 28 Fevral 2022, 19:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin