BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin müharibənin bitməsi üçün şərtlərini açıqladı

Kremlin mətbuat xidməti Rusiya Prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla danışığının təfərrüatlarını açıqlayıb.

 

Pravda.az-ın xəbərinə görə, Putin Makronla telefon danışığı zamanı bildirib ki, Ukrayna ətrafında nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür.

 

 “Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - Kremlin məlumatında qeyd olunub.

 

APA

Tarix: 28 Fevral 2022, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin