BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putin üçün savaşı uduzmaq təkcə hakimiyyətini deyil, həyatını itirmək riski də yaradır, ona görə asanlıqla əl çəkən deyil”

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı şərtlərini Makrona bir daha təkrarlayıb. Yəni mövqeyindən hələ geri çəkilməyib. Bu, müharibənin davam edəcəyini göstərir. Rusiya öz qüvvələrini yenidən qruplaşdırıb, cəbhəyə əlavə qüvvələr də yeritməklə hücumlarını davam etdirə bilər. Hava bombardmanlarının da şiddətlənməsi ehtimalı var. Putin üçün bu savaşı uduzmaq təkcə hakimiyyətini deyil, həyatını da itirmək riski yaradır, ona görə asanlıqla əl çəkən deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

 

O qeyd edib ki, savaşın şiddətlənməsi ilə paralel, Qərb də sanksiyaları dərinləşdirəcək: “Bu işin neft embarqosuna qədər getməsi mümkündür. Təbii ki, tərəflər qarşılıqlı güzəştlər və geri addımlarla ortaq nöqtələr tapa bilsə, savaş dayanacaq. Danışıqların bu gün keçirilən 1-ci mərhələsi bitib, heyətlər rəhbərliklə məsləhətləşmə aparmaq üçün geri dönüblər. İkinci mərhələ də olacaq. Bu fakt anlaşma əldə etmək ehtimalının ən azından sıfır səviyyəsində olmadığını, qarşılıqlı güzəştlərin mümkünlüyünü söyləməyə əsas verir”.

 

Nadir

Tarix: 28 Fevral 2022, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin