BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan dövlətinin maraqlarının təmin olunmasına, diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olunub” - RƏY

Azərbaycan dövlətinin tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəylinin, diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Ona görə də harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, milli mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidirlər. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin, münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir. Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər.

 

Milli Məclisin deputatı Azər Badamov Pravda.az-a açıqlamasında bildirib ki, son illər Azərbaycanın diaspor və lobbiçilik fəaliyyətində bəzi dəyişikliklər baş verib və diaspor fəaliyyəti artıq təşkilatmış şəkildə həyata keçirilir:

“Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın bir arada cəmləşməsinə nail olub və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işində yaxından iştirak edir. Əgər bu gün diaspor quruculuğu lazımi səviyyədə həyata keçirilməsəydi, Xocalı soyqırımı haqda məlumatları beynəlxalq səviyyədə təbliğ edə bilməzdik. İndi şahidiyik ki, Xocalı soyqırımı dünyanın bir neçə dövlətində rəsmi səviyyədə tanınır. Ulu öndər  Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyasının təbliği nəticəsində bütün azərbaycanlıların həmrəyliyinə nail olmuşuq. Hesab edirəm ki, ciddi nəticələr əldə etmişik və gələcək illərdə də bu sahədə olan problemləri həll edə biləcəyik.  Yaşadığı ölkədən asılı olmayaraq, hər bir azəraycanlı dövlətimizin milli maraqlarını üstün tutmalı və Vətənin inkişafı naminə bacardığını etməlidir”.

 

Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin öz yerini və rolunu dövlət maraqları çərçivəsində müəyyən etməsi üçün bir sıra şərtlərin olduğunu deyən politoloq Anar Əliyev də mövzu ilə bağlı fikirlərini bölüşüb.

Anar Əliyev (politoloq) — Vikipediya

O deyib ki, belə şərtlərdən biri də diaspor quruculuğunu həyata keçirmək və dünya siyasətinə təsir edə biləcək böyük dövlətlərdə lobbiçilik fəaliyyətini icra etməyə qadir qurumlarla qarşılıqlı və faydalı iş birliyini icra etməkdir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə uğurlar qazanıb. Bunlardan biri də azərbaycanlıların xüsusilə kompakt yaşadığı bütün dövlətlərdə diaspor fəaliyyətinin qurulması və onların koordinasiya olunmasıdır. Eyni zamanda, dünyanın aparıcı ölkələrində, Rusiya, Türkiyə, eləcə də ABŞ-da Azərbaycan dövlətinin maraqları prizmasından lobbiçilik fəaliyyəti göstərə biləcək qurumlar və şəxslərlə milli maraqlarımıza birgə xidmət edə biləcəyimiz qarşılıqlı əlaqələr formalaşdırılıb. Hesab edirəm ki, ötən 30 ildə dünya azərbaycanlılarının səylərinin birləşdirilməsi istiqamətində əsaslı işlər həyata keçirilib. Dünya azərbaycanlılarının dövlətin maraqlarını fəaliyyətlərində qorumalarının və dövlət qurumları tərəfindən həyata keçirilən işlərin nəticəsi olaraq bu gün dünya azərbaycanlıları arasında qırılmaz həmrəyliyin formalaşmasına nail olunub. Ulu öndərin dünya azərbaycanlılarının milli maraqlar naminə həmrəylik nümayiş etdirməsi arzusu artıq real olub. Hesab edirəm ki, azərbaycanlıların həmrəyliyini göstərən yeganə gün 31 Dekabr tarixi deyil. Dünya azərbaycanlıları ilin bütün günlərində Azərbaycan maraqlarının təminatına çalışmalı və hazırki gərgin dönəmdə Azərbaycanın dünyadakı nüfuzunun qorunması baxımından güclərini daha da birləşdirməlidirlər”.

 

Politoloqun fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq, biz Azərbaycan dövlətinin maraqlarının təmin olunmasına, diaspor və lobbiçilik fəaliyyətinin uğurlu icrasına nail olmuşuq: “Azərbaycan regionun, eləcə də dünyanın nüfuzlu və əhəmiyyətli dövlətlərindən birinə çevrilib. Bu gün Cənubi Qafqazda Azərbaycan dövlətinin maraqlarını və istəklərini nəzərə almadan hansısa layihəni nəinki həyata keçirmək, hətta planlaşdırmaq belə olmaz. Azərbaycanın təmin olunmuş hüquqlarının qorunması və bir daha pozulmaması üçün kənar müdaxilələri vaxtında aşkar edib qarşısını ala bilmək üçün bundan sonra da dünya azərbaycanlıları arasında əlaqələr daha sıx şəkildə koordinasiya olunmalıdır. Dünyada yaşayan bütün azərbaycanlılar dövlət maraqlarımızın qorunması üçün səylərini səfərbər etməlidirlər”.

 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin üzvü, siyasi şərhçi Samir Hümbətov isə qeyd edib ki, Azərbaycanda diaspor quruculuğu ilə bağlı müəyyən işlərin görülməsinə 1990-cı illərin ortalarından başlanılıb:

i orqana

“2000-ci ilin əvvəllərində - hələ Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə diaspor quruculuğu və lobbiçiliyin inkişafı ilə bağlı bir neçə istiqamətdə tədbirlər planı hazırlanıb, ölkədə dünya azərbaycanlılarının qurultayı keçirilib. Ümumiyyətlə həmin dövrdə diaspor quruculuğu bir və ya bir neçə xarici ölkədə deyil, dünyanın, demək olar ki, əksər ölkələrində həyata keçirilməyə başlanılıb. Xüsusilə də Rusiya, Ukrayna və ABŞ-da diaspor fəaliyyəti genişləndirilib. Təəssüf ki, dövlət İkinci Qarabağ savaşına qədər diaspor quruculuğuna nə qədər dəstək versə də, bu institut lazımi qədər formalaşa bilməyib. Lakin biz 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə diaspor quruculuğunun və lobbiçilik institutunun qismən canlandığının şahidiyik. Xüsusilə də Rusiya və aparıcı Qərb ölkələrində diasporun fəaliyyəti inkişaf edib. Azərbaycanın İsrail və Türkiyə ilə birgə fəaliyyət planı həyata keçirməsi diaspor və lobbiçilik fəaliyyətimizdə ciddi əhəmiyyətə malik olub. Nəzərə almaq lazımdır ki, bu gün ABŞ-da milyon nəfərdən çox soydaşımız yaşayır. Yəni, bu faktor da Azərbaycanın ABŞ-dakı diaspor fəaliyyətinin gücləndirilməsi və lobbiçiliyinin inkişafı üçün önəmlidir. Onu da qeyd etmək lazımdır ki, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları və dövlət işçilərinin üzərinə bu mənada böyük iş düşür. Bütün bunlara baxmayaraq, diaspor fəaliyyətində yenə də müəyyən boşluqlar var. Hesab edirəm ki, lobbiçilik fəaliyyətini ermənilərlə eyni səviyyədə həyata keçirə bilmirik. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan bu sahələrin də lazımınca inkişafına nail olacaq, diaspor və lobbiçilik sahələrindəki boşluqlar müəyyən ediləcək. Təbii ki, belə problemləri həll etmək bir-iki ayın işi deyil, amma ciddi təşəbbüs tələb edir. İstənilən halda, məsələlər həllini tapmalıdır, çünki Ölkə başçısı İlham Əliyev də məsələ ilə bağlı ciddi tapşırıqlarını verib. Sözsüz ki, qətiyyət göstəriləcək və problemlər həll olunacaq”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.

 

Nəzrin Cavid

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media  subyektlərinə (veb-saytlara) dəstək layihəsi elan edir!

Tarix: 28 Fevral 2022, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin