BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada həbs olunaraq Azərbaycana gətirilən şəxsin məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Mövsüm Mövsümovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

 

Qeyd edək ki,Mövsümov Mövsüm Vaqif oğlu barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

 

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

 

APA

Tarix: 1 Mart 2022, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin