BURADA REKLAMINIZ OLA
BİLƏR

Ukraynada yaşayan azərbaycanlıların nəzərinə: Bu nömrələrə zəng edin

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq olmalarını tövsiyə edir.

 

Bu barədə XİN-dən məlumat verilib.

 

Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.

 

Məlumat verildiyi kimi, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları Ukrayna ərazisini Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər. Vətəndaşlarımız, həmçinin Rumıniya ərazisindən tranzit olaraq Bolqarıstan Respublikası ərazisi vasitəsilə Türkiyə Respublikasına, oradan isə Azərbaycana səfər edə bilərlər.

 

Yaranmış suallarla bağlı zəruri məlumatın verilməsi üçün Xarici İşlər Nazirliyi ilə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlanıla bilər:

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qaynar xətləri:

 

Telefon: +994505748595

 

+994506725868

 

+994125969422

 

+994125969301

 

Elektron poçt: [email protected]

 

Eyni zamanda, aşağıdakı əlaqə vasitələri ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki aidiyyəti diplomatik missiyaları ilə əlaqə saxlanıla bilər:

 

Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi (Kiyev şəhəri):

 

Telefon: +380 73 5050000

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu:

 

Telefon: (+38057) 7000531

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi:

 

Telefon: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Polşadakı Səfirliyi:

 

Telefon: +48 576 900 183, +48 22 718 30 70

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi

 

Telefon: +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün)

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Slovakiyada akkreditə olunmuş Səfirliyi

 

Telefon: +43 676 844 509 733

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi:

 

Telefon: +407 487 77744, +407 409 90079

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi:

 

Telefon: +359895002732

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi (Ankara şəhəri):

 

Telefon: +905550310007

 

Elektron poçt: [email protected]

 

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu

 

Telefon: +905441040111

 

Elektron poçt: [email protected]

Tarix: 1 Mart 2022, 13:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin