BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskov: "Vaxtından əvvəl etmək istəməzdik"

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların nəticələri barədə Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.

 

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

O, Ukrayna ilə dünənki danışıqların nəticələri barədə hansısa qiymətləndirmə aparmağın hələ tez olduğunu söyləyib.

 

“Əlbəttə, prezidentə məlumat verilib. Danışıqlara hər hansı bir qiymət vermək hələ tezdir, biz bunu vaxtından əvvəl etmək istəməzdik. Biz onları təhlil etməli və sonra perspektivlər haqqında düşünməliyik”, - Kremlin sözçüsü vurğulayıb.

 

APA

Tarix: 1 Mart 2022, 14:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin