BURADA REKLAMINIZ OLA
BİLƏR

Rafiq Əliyev: “Döyüş meydanında namaz qılmaq, namazdan sonra kimisə öldürmək qəbuledilməzdir”

"İslam dinində bir nəfəri qətlə yetirmək bəşəriyyəti öldürməyə bərabər hesab edilir, qətiyyətlə pislənilir. Lakin hücum varsa, xalq mütləq öz müdafiəyə qalxmalıdır. Bu, bizim Vətənə və torpağa olan borcumuzdur. Hücuma məruz qalan tərəf mütləq müdafiə olunmalı və hücumun qarşısını almalıdır. Yoxsa, hücum vaxtı zirzəmiyə girib müdafiədən yayınmaq doğru deyil. İslamın ən ciddi qaydalarından biri budur ki, sənə hücum edilirsə, sən də etməlisən. Son illərdə aparılan müharibələrə gəlincə isə, əlbəttə ki, onların mütləq əksəriyyətində tərəflər İslamın müharibə qayda-qanunlarına əməl etməyiblər".

 

Bunu Pravda.az-a açıqlamasında dini məsələlər üzrə ekspert Rafiq Əliyev deyib.

 

Rusiya- Ukrayna müharibəsində çeçen əsgərlərinin namaz qıldıqdan sonra döyüşlərə başlaması barədə danışan R.Əliyev qeyd edib ki, İslama görə, müharibə dövründə dini ayinlər təxirə salına bilər.

 

"1967-ci ildə Ərəb-İsrail müharibəsi dövründə israillilər misirlilərin böyük dəstəsini namaz qıldıqları yerdə vurmuşdular. Ondan sonra qəti qadağan edildi ki, döyüş zonasında namaz qılmaq olmaz. Çünki namaz qılarkən insan 5-15 dəqiqə ərzində ətrafdan tamamilə təcrid olunaraq Allahla söhbət edir. Ona görə də döyüş meydanında namaz qılmaq, namazdan sonra kimisə öldürmək qəbuledilməzdir. Çeçenlərin namaz qıldıqları yerdə yayılan fotolarının həqiqəti əks etdirib-etdirmədiyini bilmirəm. Lakin unutmaq olmaz ki, hərb meydanında namaz qılmaq qadağandır", - deyə ekspert bildirib.

 

Nəzrin Cavid

Tarix: 1 Mart 2022, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin