BMT Baş Assambleyası universal peyvəndləmə üçün səylərin artırılması mövzusunda yüksək səviyyəli tematik müzakirələr keçirmişdir. Həmin müzakirələrdə Prezident İlham Əliyev video formatda çıxış etmişdir. Prezidentin BMT Baş Assambleyasının tədbirində iştirakının əlamətdar cəhəti ondan ibarətdir ki, o, bu mötəbər tədbirə dünyada BMT-dən sonra ikinci ən böyük qurum olan Qoşulmama Hərəkatının sədri kimi qatılmış və çıxış etmişdir. Qoşulmama Hərəkatına Azərbaycanın üzvlüyü və sədrliyi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla bərabər, Azərbaycanın sədrliyi dövründə göstərilən təşəbbüslər və fəallıq öz növbəsində bu təşkilatın canlanmasına və aktuallığının artmasına töhfə verib".
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
Sədr müavini qeyd edib ki, dövlətin Qoşulmama Hərəkatına səmərəli surətdə sədrlik etməsi nəticəsində üzv ölkələr yekdilliklə yenidən Azərbaycanın sədr seçilməsinə səs veriblər: "Azərbaycanın təşkilata sədrliyi dünyanın Covid-19 pandemiyası ilə mübarizə apardığı dövrə təsadüf etmişdir. Buna görə də Azərbaycan bu istiqamətdə həm Qoşulmama Hərəkatının sədri kimi, həm də müstəqil dövlət kimi milli və beynəlxalq səviyyələrdə ciddi səylər göstərməkdə davam edir. Azərbaycan Covid-19 pandeyiması ilə mübarizədə peyvəndlərin dünya ölkələri arasında ədalətli bölgüsü məsələsini daim gündəmə gətirib. Prezident İlham Əliyev də BMT Baş Assambleyasının tematik müzakirələrində çıxışı zamanı əsas diqqəti bu problemə yönəltdi. O, bütün ölkələrin COVID-19 peyvəndlərinə məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığının təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri dəstəklədiyini və alqışladığını bildirdi. Eləcə də, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu kontekstdə, Prezident İlham Əliyev bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrinin vacibliyini vurğuladı. Pandemiya ilə effektli mübarizədə əsas əngəllərdən biri dünyada müşahidə olunan “peyvənd millətçiliyidir”. Dövlət başçımız Azərbaycanın təşəbbüsü ilə peyvənd millətçiliyinə qarşı yönəlmiş qətnamələrin qəbul edilməsini dəstəkləmiş bütün dövlətlərə təşəkkürü bildirdi. O, Azərbaycanın birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım göstərdiyini, 5 ölkəyə peyvənd ianəsi etdiyini, hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesinin davam etdiyini diqqətə çatdırdı. BMT Baş Assambleyasının tematik müzakirələrində prezidentin qaldırdığı digər əsas məsələ pandemiyanın aradan qaldırılması və COVİD-dən sonrakı bərpa dövründə məqsədyönlü fəaliyyətdir. O, Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpa sahəsində də fəal təşəbbüslərlə çıxış edəcəyini bildirdi. Prezident Azərbaycanın sədrliyi ilə COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində iş getdiyini açıqladı. Habelə, Azərbaycanın qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsinin tərəfdar olduğunu iştirakçıların nəzərinə çatdırdı. Beləliklə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatını BMT Baş Assambleyasının tematik müzakirələrində layiqli surətdə təmsil etdi".
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin