BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kremlin ən böyük səhvi və yanlış hesablaması odur ki…” - Natiq Cəfərli

“Kremlin ən böyük səhvi və yanlış hesablaması odur ki, ukraynların onları gül-çiçəklə qarşılayacağını düşünürdülər, buna inanmışdılar. Çünki, tam 8 ildir ki, özlərinin təbliğatına inandılar, bunu mütləq həqiqət kimi qəbul etdilər, alternativ fikirləri marginallaşdıraraq, aşağılayaraq gündəmə gəlməsinə, müzakirə olunmasına imkan vermədilər. Sanki o boyda ölkənin qərarvermə mexanizminə kəşfiyyat məlumatları, obyektiv analiz deyil də, Solovyov və Ko-nun 8 ildir TV-lərdən axıtdığı yalan təsəvvürlər, alçaq təbliğat, üfunət iyi verən “tezisləri” təsir etdi”.

 

Pravda.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli deyib.

 

O bildirib ki, avtoritar rejimlərin ən zəif cəhəti öz uydurduqları yalanlara səmimi inanmaları və nəsil dəyişimini anlamamalarıdır: “İstənil avtoritar sistemin nəzarət edə bilmədiyi ən vacib amil nəsil dəyişimidir. Ukraynada yeni nəsil yetişdi, son 30 ildə müstəqilliyin ali nemət olduğunu anlayan insanlar formalaşdı. Bu, etnik məsələ deyil, siyasi qavramdır. Bu gün Ukraynada bütün etnik ukraynalılar eyni amal altında birləşiblər, Kremlin Ukraynaya müdaxiləsi etnik kimliyindən asılı olmayaraq müstəqillik arzusunda olan hər kəsi bir araya gətirib. Ukraynalı qavramı etnik olmaqdan çıxaraq vətəndaş anlamına çevrilib və çevrilir. Bu qardaş xalq və dost dövlət üçün ağrılı, faciələrlə dolu hadisələr olsa da, sonda “vətəndaş millətçiliyinin” hakim olduğu ideoloji ölkənin yaranması ilə nəticələnəcək".

 

Nəzrin Cavid

Tarix: 1 Mart 2022, 17:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin