BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ziyalılarına müraciət: "Hanı sizin vicdanınız, qürurunuz?!"

"Ən çox təəssüf etdiyim hal gözümüzün qarşısında Ukraynada baş verən faciəyə, fəlakətə tanınmış azərbaycanlı ziyalılarının susmasıdır. Hakimiyyəti çox yaxşı başa düşürəm və susqunluğunu, ehtiyatlılığını anlayıram. Onların istənilən düşünülməmiş addımı bu gün tam quduzlaşmış bir rejimin xalqımıza qarşı qırğın törətməsi ilə nəticələnə bilər. Bəs Siz, özünü ziyalı sayanlar, keçmiş SSRİ məkanında özünü bizim xalqın başbilənləri sayanlar, niyə susursunuz, gözününüz qarşısında dinc sakinlərin, körpələrin qətlə yetirilməsinə, bütöv bir xalqın ancaq azad olmaq istəyinə görə bir qrup ağlını itirmiş quldur dəstəsi tərəfindən soyqırıma məruz qalmasına necə səssiz qalırsınız?! Hanı sizin vicdanınız, qürurunuz?! Siz nədən, kimdən qorxursunuz?! Prezidentin sizə hansı səbəbə görə göstəriş verməyəcəyini çox yaxşı bilirsiniz. Az sonra siz qullara məxsus olan “bizə heç kim göstəriş vermədi” bəhanəsini də gətirə bilməyəcəksiniz. Bununla siz tək özünüzü yox, xalqımızı da alçaldırsınız".

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov ziyalılara səslənərək deyib: “Heç olmasa dünyada baş verənləri sizin qədər bilməyən, sizi kimi yağ-bal içində yaşamayan, maddi çətinliklərdən əziyyət çəkən dünən Ukrayna səfirliyi qarşısına gedib Ukrayna Xalqına dəstək verən sadə vətəndaşlardan ibrət götürün. Axı hər şey tərsinə olmalı idi. Sizi bu xalqın önündə ora getməli idiniz. Heç olmasa indi susmayın. Qorxmayın, Putin artıq dünyaya meydan oxuya bilməyəcək. Sabah dünya, xüsusən Ukrayna xalqı haqlı olaraq “hansı tanınmış azərbaycanlı bizi müdafiə etdi?” deyəndə biz nə cavabı verəcəyik?! Sizin əvəzinizə mən utanıram”.

 

Leyla

Tarix: 1 Mart 2022, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin