BURADA REKLAMINIZ OLA
BİLƏR

Müavini Tural Abbaslını Zelenskiyə görə tənqid edənləri təhqir etdi: “Biqeyrət, binamus…”

“Ramiz Mehdiyevin “cib müxalifəti” İlham Tural Abbaslıya qarşı müxalifətçiliyə keçiblər. "Lidercikləri" və dərnəyə çevrilən partiyaları bütün sorğularda Tural Abbaslı və Ağ Partiyanın altında əzilib qalıblar. Bu vəziyyət bu bədbəxtləri o qədər əndişəyə salıb ki, artıq aqoniyadadılar. Ana, ata, ailə qədri, qeyrət-namus bilməyən bir əyyaşın Tural bəyin çıxışını kontekstdən çıxarıb etdiyi paylaşımı (“Facebook”da-red) paylaşmaq, bəyənmək, dəstək şərhləri yazmaq elə həmin o əyyaş kimi biqeyrətlikdən, binamusluqdan başqa bir şey deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib.

 

“Rəsulzadə, Elçibəy, Mustafa Kamal, indi də Zelenskinin kölgəsində gizlənıb siyasi həyatlarını sürdürən “luzer”lər, özünüz kimi bir “luzer” əyyaşın ümidinə qalmısız, çünki taylı tayını tapar...” – o qeyd edib.

 

Qeyd: Bir müddət əvvəl T.Abbaslı Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı fikir səsləndirib. O bildirib ki, aktyordan siyasətçi olmaz. 

 

Leyla

Tarix: 1 Mart 2022, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin