BURADA REKLAMINIZ OLA
BİLƏR

İrana marşrut xətləri üzrə hərəkət məhdudlaşdırılmayıb – RƏSMİ

İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın açıqlamasına istinadən xəbər verir ki, marşrut xətləri üzrə hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

 

“Sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir. Hər hansı dəyişiklik olacağı təqdirdə rəsmi qaydada sərnişinlər məlumatlandırılacaq”, - deyə N. Allahyarova qeyd edib.

Tarix: 24 Fevral 2020, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin