BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müharibə ərəfəsində Makronun Prezident İlham Əliyevə zəng etməsi Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir” - RƏY

“Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Rusiya-Ukrayna müharibəsi ərəfəsində zəng edərək müzakirə aparması Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir. Telefon danışığı zamanı müzakirə edilən məsələlər aktualdır. Ukraynanın hazırkı böhran vəziyyəti, eləcə də Avropanın enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan digər dövlətlərin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hər zaman hörmətlə yanaşıb. Ona görə də Rusiya və Ukrayna ilə bağlı da dövlətimizin mövqeyi dəyişməzdir”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, hər kəs Prezident İlham Əliyevin dünyada, eləcə də regionda nüfuzunun artmasının şahididir: "Azərbaycan qonşu Rusiya ilə müttəfiqlik haqqında bəyannamə imzalayıb və münasibətlər yüksək səviyyədədir. Buna baxmayaraq, hər zaman bəyan etmişik ki, biz bütün dövlətlərin, eləcə də Ukraynanın ərazisi bütövlüyünə hörmətlə yanaşırıq. Azərbaycanın Ukraynanın çətin günlərində humanitar dəstək verməsi, tibbi ləvazimatlardan ibarət yardım göndərməsi təqdirəlayiqdir. Mövqeyimiz dəyişməzdir".

 

E.Məmmədovun sözlərinə görə, Fransa və Azərbaycan prezidentlərinin telefon danışığı zamanı toxunduğunu enerji təhlükəsizliyi Avropa üçün olduqca ciddi mövzudur: “İndi Emmanuel Makron, digər dövlət başçıları narahatlıq keçirir, əl-ayağa düşüblər. Axı biz Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında iştirak edən dövlət olduğunu hər zaman bəyan edirdik. Azərbaycan sülhsevər dövlətdir. Lakin Fransa və Fransa kimi düşünən digər dövlətlər hər zaman Ermənistanın tərəfində durublar. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi halda, Ermənistan cənubdan, şimaldan Rusiya, eləcə də Avropaya narkotik maddələr ötürür. Ermənistan cırtdan, terrorçu, işğalçı dövlətdir. Makrona və digərlərinə sual verirəm: siz hansını seçir, kimi müdafiə edirsiniz?! Bu gün Rusiya imkanlarından istifadə edərək Avropanın sanksiyalarının qarşısını almağa çalışacaq. Avropa ölkələrinin bir çoxunun qaz ehtiyatı tükənib. Ona görə də Azərbaycandan Avropaya qaz ixracında ölkəmizin artımlar etməsini gözləyirlər. Yəni, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu dərk edilir. Avropaya aydın olub ki, Azərbaycan onlar üçün dəyərli və lazımlı dövlətdir".

 

Nəzrin Cavid

Tarix: 2 Mart 2022, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin