BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Azərbaycan dövlətinin kifayət qədər gücü var ki, ölkə əhalisinin layiqli yaşayışını təmin etsin”

“Azərbaycan hər bir soydaşımızın tarixi Vətənidir. Dövlətimiz hər zaman xarici ölkələrdə yaşayan soydaşlarımızın taleyini düşünür və onların təhlükəsizliyinin təmin olunması üçün çalışır. Müxtəlif ölkələrdə fövqəladə hallar yarananda dövlətimiz öz vətəndaşlarını təxliyə edir və Vətənə qayıtması üçün tədbirlər görür. Bununla yanaşı bəzi hallarda xarici dövlətlərin vətəndaşı olan azərbaycanlılar da öz gələcəklərini tarixi ölkəsi olan Azərbaycanda qurmaq arzusunda olurlar”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat qeyd edib ki, son vaxtlar Rusiya vətəndaşlarının Azərbaycan vətəndaşlığı alması üçün müraciətlərin çoxaldığı deyilir və bununla bağlı ölkəmizdə hansı çətinliyin yarana biləcəyi ilə bağlı suallar səslənir: "Qeyd etmək istəyirəm ki, hər bir xarici vətəndaş Azərbaycan vətəndaşlığını ala bilər. Bunun üçün qanunla müəyyən olunmuş qaydalar mövcuddur. Qanunvericilikdə nəzərdə tutulmuş bu qaydalara riayət edilməklə həm Rusiya vətəndaşı, həm də digər ölkələrin vətəndaşları vətəndaşlıq üçün  müraciət edə bilərlər.  Soydaşlarımız üçün bu prosedur daha da sadədir. Müraciətlərə dövlət səviyyəsində baxılır və müvafiq qərar verilir. Azərbaycanın xarici vətəndaşlara vətəndaşlıq verilərək ölkədə yaşamasının təşkili ilə bağlı heç bir çətinlik mövcud deyil.  Dövlətimizin kifayət qədər iqtisadi gücü var ki, ölkə əhalisinin layiqli yaşayışını təmin etsin.  Təbii ki, ölkə əhalisinin sayının artması müəyyən problemlər də yaradır. Yəni, əhalinin çoxalması iş yerlərinə, yaşayış yerlərinə, gündəlik təlabat mallarına da təlabatı artırır. Amma zaman keçdikcə bütün məsələlər öz həllini tapır və vətandaşların təhlükəsiz və firavan yaşayışı təmin olunur".

 

Nəzrin Cavid

Tarix: 2 Mart 2022, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin