BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaqif Mirsəlimov vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov 81 yaşında koronavirusdan vəfat edib.

 

Bu barədə universitetdən məlumat verilib.

 

V.Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. O, 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.

Fotoları təqdim edirik
Tarix: 2 Mart 2022, 15:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin