BURADA REKLAMINIZ OLA
BİLƏR

“Emmanuel Makronun Prezident İlham Əliyevə zəng etməsi inamdan, etibardan xəbər verir” - RƏY

“Azərbaycan dövlətinə bütün dünyada böyük etimad göstərilir. Şübhəsiz ki, Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Şahidiyik ki, bir sıra dövlətlər bir neçə gündür ki, Azərbaycanla əlaqə saxlayır, məsləhətləşmələr aparırlar. Ötən gün Fransa Prezidenti Emmanuel Makronla Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub və iki Ölkə başçısı bir sıra aktual məsələləri müzakirə ediblər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, müzakirə edilən məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Ukraynada yaranan böhran vəziyyətidir: “Burada Prezident İlham Əliyevin həssaslığını xüsusi qeyd etmək lazımdır. Azərbaycan, sözsüz ki, bu prosesə biganə deyil, dövlətimiz müharibənin bitməsinin və bölgəyə stabilliyin gəlməsinin tərəfdarıdır. Dövlətimiz Ukraynaya humanitar dəstəyini də nümayiş etdirib. Bu dəstək Azərbaycanın prinsipiallığının, humanizminin nümunəsi olmaqla yanaşı, həm də qətiyyətinin göstəricisidir. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri normaldır. Ona görə də Fransa Prezidenti Emmanuel Makronun növbəti dəfə Prezident İlham Əliyevlə telefonla danışması, əvvəlki dövrlərdə aparılan müxtəlif məsləhətləşmələr, həqiqətən də, Azərbaycan Prezidentinin nüfuzundan və ona olan inamdan, etibardan xəbər verir. Bu, dövlətimizin uğurla həyata keçirdiyi daxili və xarici siyasətinin göstəricisidir. Azərbaycan Rusiya-Ukrayna məsələsində prinsipial yanaşmasını və mövqeyini qoruyur. Humanitar fəlakətin qarşısını almaq üçün addımlar atır və məsləhətləşmələr həyata keçirir”.

 

Nəzrin Cavid

Tarix: 2 Mart 2022, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin