BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşdülər

Milli Məclisinin deputatları - Gürcüstanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arzu Nağıyev və qrup üzvləri Əminə Ağazadə, Cavid Osmanov Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüşüblər.


Pravda.az xəbər verir ki, görüşdə iki ölkənin parlament dostluq qrupları arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə danışıblar.


Tərəflər ölkələrimiz arasında səfərlərin yüksək dinamikasına diqqət çəkərək, xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq və dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.


Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Tarix: 2 Mart 2022, 19:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin