BURADA REKLAMINIZ OLA
BİLƏR

Etibar Hüseynov: “Nə urusa, nə xaxola, nə də bulbaşın dədəsinə borcumuz var”

“Bu millət özündən başqa hamını sevir. Sosial şəbəkələrdə rusa, xaxola görə qırırlar biri-birini. "Satqın", "rusbaş", "İran tulası" nə bilim, nəyin biri olub 1 qəpik. Neçə ilin “Facebook” dostları bu məsələdən yana küsürlər, biri-birilərini təhqir etməkdən belə çəkinmirlər. Ay millət! Bilin və yadınızda saxlayın; nə urusa, nə xaxola, nə də bulbaşın dədəsinə borcumuz var. Yoxdur! Olanı da artıqlaması ilə qaytarmışıq. Dövlət adına nə lazımdırsa da, edildi, göndərildi. Bir rusa  "müharibədə neytral qalmaq" borcu qalmışdı, onu da Allah imkan yaratdı, qaytardıq. Nə əl qatmısınız özünüzə? 44 gün ərzində özü bir tərəfə, 9 dönəmindən bir kimsəsi müharibədə olmayan deputatlar deyir ki, "lazım gəlsə gedib Ukraynada vuruşaram". Adamın əti tökülür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.

 

“Özümüzün yardıma-köməyə ehtiyacı olan minlərlə qazi, şəhid ailəmiz dura-dura səfirliyə gedib dünyanın o biri başına tonlarla yardım göndərəndə heç vicdanınız sızıldamadımı? Ukraynanın qulağının dibindəki imkanlı avropalıların tükü tərpənmir, sən burdan yardım toplayırsan. 44 günü qoyuram kənara, ötən 30 ildə hansı rusu, xaxolu, bulbaşı yığışıb sənin qaçqın-köçkün-şəhid ailənə iki dənə peçenye göndərdi, xəbərimiz olmadı? Ya hansısa səfirlik qabağına yürüş edib, dəstək mitinqi keçiriblər, görməməşik? Bəli, biz böyük, humanist xalqıq. Amma nə olar, bir az da özümüzü sevək də...” - E.Hüseynov qeyd edib. 

 

Nadir

Tarix: 2 Mart 2022, 23:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin